Bizimlə əlaqə
Komandamız

İlya Murzinov

İlya Murzinov

İlya Murzinov

Partnyor

Təhsil və iş təcrübəsi

İlya Murzinov Azərbaycan, Rusiya, İngiltərə və beynəlxalq hüququn müxtəlif sahələrində 20 ildən artıq peşəkar təcrübəyə malikdir. O, bu müddət ərzində beynəlxalq konsaltinq bazarının aparıcı iştirakçıları və sənaye şirkətlərində rəhbər vəzifələrdə çalışmışdır. Təcrübəsinə Azərbaycanda fəaliyyət göstərən “Big4” qrupuna daxil olan bir şirkətdə və qabaqcıl fintech təşkilatında hüquq departamentinin rəhbəri kimi 4 ildən artıq fəaliyyəti daxildir.

İlya M&A əməliyyatları (o cümlədən Due Diligence prosedurları), birgə müəssisələr, hüquqi iştirak formaları və korporativ restrukturizasiya, mürəkkəb kommersiya müqavilələri, bank və maliyyə hüququ, neft və qaz sektoru, investisiya mexanizmləri, əqli mülkiyyət və informasiya texnologiyaları hüququ, valyuta tənzimi, hüquqi ekspertiza, beynəlxalq vergi hüququ, iflas və əmək hüququ sahələrində dərin bilik və praktik təcrübəyə malikdir.

O, Azərbaycan, Rusiya və digər ölkələrin aparıcı korporasiyalarına və dövlət qurumlarına hüquqi məsələlər üzrə məsləhət xidməti göstərmiş, M&A əməliyyatları, “greenfield” layihələr, maliyyələşdirmə və korporativ mübahisələr daxil olmaqla kompleks layihələrə rəhbərlik etmişdir. Eyni zamanda, hüquqşünas kimi şirkətdaxili hüquqi proseslərin tam strukturunu formalaşdırmış, çoxhüquqi (multijurisdiksiyalı) layihələrdə iştirak edən beynəlxalq komandaları idarə etmiş, qanunvericilik təşəbbüsləri üzrə işçi qruplarda çalışmış və müştəri şirkətlərin hüquq departamentləri üçün təlimlər keçirmişdir.

İlya 2003-cü ildə Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.