Bizimlə əlaqə
Geri
İcarədən əldə olunan gəlir: vergi öhdəlikləri

İcarədən əldə olunan gəlir: vergi öhdəlikləri

Azərbaycan Respublikasında yaşayış sahələrinin icarəyə verilməsi fiziki şəxslər üçün gəlir mənbələrindən biridir və bu fəaliyyət vergi qanunvericiliyi ilə tənzimlənir. Hazırkı məqalədə icarə gəlirləri üzrə vergi öhdəlikləri, qeydiyyat prosesi və hesabatlıq barədə bəhs ediləcəkdir.
  1. Mənzillərini icarəyə verən şəxslər vergi uçotuna necə durmalıdırlar?
Fiziki şəxs Azərbaycan Respublikasının vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaşayış sahələrinin icarəyə verilməsi üzrə sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək hüququna malikdir.
Vergi uçotuna durmaq məqsədilə fiziki şəxs ASAN Xidmət mərkəzlərindən birinə müraciət edərək şəxsiyyət vəsiqəsini və fəaliyyət növü kimi daşınmaz əmlakın icarəyə verilməsini göstərdiyi müvafiq ərizəni təqdim edir. Fiziki şəxsin vergi uçotuna alınması ödənişsiz həyata keçirilir və 1 iş günü çəkir.
Lakin ASAN imza əldə edilərkən 40,00 manat ödəniş tələb olunur. ASAN imza da ASAN Xidmət mərkəzlərində verilir.
  1. Vergilər
İcarədən gəlir əldə edən şəxslərin vergi öhdəlikləri Vergi Məcəlləsinin 124.1-ci maddəsi ilə müəyyən edilir. Belə ki, əgər icarə haqqı vergi uçotunda olmayan fiziki şəxs tərəfindən ödənilirsə, icarəyə verən şəxs və ya onun tərəfindən təyin edilmiş vergi agenti bu maddəyə uyğun olaraq 14% (icarə üzrə) və ya 10% (yaşayış sahəsinin kirayəsi üzrə) dərəcə ilə vergi ödəyir  və bu məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyanamə verir.
  1. Hesabatlılıq
İcarədən gəlir əldə edən fiziki şəxslər illik gəlir vergisi bəyannaməsini hesabat ilindən sonrakı ilin 31 mart tarixindən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.
Bəyannamədə müvafiq vergi dövrü üzrə icarədən əldə edilmiş bütün gəlirlər, tətbiq olunan vergi dərəcələri və hesablanmış vergi məbləği göstərilir. Bəyannamə vergi orqanının informasiya sistemləri vasitəsilə (ASAN imza və ya digər elektron imza vasitələri ilə) təqdim edilə bilər.
Hesablanmış vergi məbləği, bir qayda olaraq, bəyannamənin təqdim edilməsi tarixinədək dövlət büdcəsinə ödənilir.
  1. Nəticə
Göründüyüz kimi, əmlakın icarəyə verilməsi müəyyən hüquqi və maliyyə öhdəlikləri yaradır və bu öhdəliklərin düzgün icrası müvafiq prosedurların yerinə yetirilməsini tələb edir. Əmlakınızın icarə prosesinin hüquqi çərçivədə düzgün təşkil olunması üçün Ironwood Consulting olaraq sizə peşəkar hüquqi dəstək göstərməyə hazırıq.