Bizimlə əlaqə
Geri
HÜQUQİ YENİLİKLƏR - İYUL 2025

HÜQUQİ YENİLİKLƏR - İYUL 2025

Son 1—2 ay ərzində maraqlı və təsir dairəsi kifayət qədər geniş olan hüquqi yeniliklər baş verib. Nazirlər Kabinetinin Qərarı ilə “Filmlərin çəkilməsi üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi” Qaydaları təsdiq edilmişdir. Mülki Məcəlləyə, Əczaçılıq və tibb işçilərinin sertifikasiya qaydalarına dair Əmək Məcəlləsinə dəyişikliklər edilmiş, Maliyyə Monitorinqi Xidmətinin”Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında əsasnamə təsdiq edilmişdir.

 

I.  “Filmlərin çəkilməsi üçün çəkilmiş xərcələrin geri ödənilməsi” Qaydaları ( “Qaydalar” )

Həmin Qaydalar aşağıdakı audiovizual əsərlərə ( rahatlığımız üçün onlara hamısına “film” deyək )tətbiq edilir:

·        film;

·        reklam;

·        televiziya şouları (xarici ölkələrdə yayımlanacağı halda);

·        internet video oyunları.

Filmə çəkilən xərcələr ümumilikdə məqbul və qeyri-məqbul olaraq müəyyənləşdirilib. Məqbul və qeyri-məqbul xərəclərin siyahısı Qaydalara Əlavə 1-də əks edilib. Çəkilən xərəclərin geri ödənilmə faizi aşağıda göstərilən kimidir:

Qaydaların 2.7-ci bəndinə nəzərdə tutulmuş aşağıda qeyd olunan şərtlərə  cavab verən filmlər üçün 25% geri ödəniş nəzərdə tutulmuşdur:

filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün – xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycan Respublikasında çəkdiyi təsdiqlənmiş xərclərinin minimum məbləği aşağıdakı kimi olmalıdır:

1. bədii filmlər üçün - 200000 (iki yüz min) ABŞ dolları;

2. sənədli filmlər üçün - 50000 (əlli min) ABŞ dolları;

3. animasiya filmləri üçün - 100000 (yüz min) ABŞ dolları;

4. çoxseriyalı film üçün (bir seriyaya görə) - 70000 (yetmiş min) ABŞ dolları;

5. televiziya şouları üçün - 100000 (yüz min) ABŞ dolları;

6. reklam üçün - 30000 (otuz min) ABŞ dolları;

7. internet video oyunları üçün - 30000 (otuz min) ABŞ dolları.

Qaydaların 2 nömrəli əlavəsi ilə azərbaycanın və onun mədəniyyətinin təşviqinə yönəlmiş meyarlar əks olunmuşdur. Həmin əlavə mədəniyyət meyarlarına azı üç meyar uyğun gəlirsə 15% geri ödəniş nəzərdə tutulmuşdur.

Bir filmə geri ödəniləcək maksimum məbləğ 1 milyon ABŞ dollarıdır. Ödəniş məzənnəyə uyğun olaraq manatla həyata keçirilir.

Beləliklə, film Qaydaların 2.7-ci bəndində göstərilən meyarlara uyğun gəldikdə 25% geri ödəniş edilir. Lakin əsas meyarlar olmadıqda və film əlavə meyarların azı üçünü özündə əks etdirdikdə bu halda 15% geri ödəniş edilir.

Geriödəniş müsabiqə əsasında “ilk müraciət edən ilk maliyyələşir” prinsipi üzrə təsdiqlənmiş müraciətlərin xronoloji ardıcıllığı ilə, müvafiq il üçün müəyyən olunmuş ümumi büdcə daxilində həyata keçirilir.

Maliyyələşmə üçün film istehsalı xidməti həyata keçirən xarici və yerli hüquqiq şəxslər “Azərbaycan Respublikasının Kino Agentliyi”nə (“Agentlik”) müraciət edə bilərlər. Müraciət edənlərə dair müvafiq sahədə təcrübə və iki uğurlu layihə tələbi qoyulmuşdur.

Müraciət edildikdən sonra təqdim edilən layihə komissiya tərəfindən 30 iş günü ərzində qiymətləndirilir. Komissiyanın rəyi müsbət olduqda müraciət edənlə müqavilə bağlanılır. Həmin müqavilənin forması Qayadaların Əlavəsində təqdim edilmişdir. Qeyd olunmalıdır ki, komissiya tərəfindən qərar verildikdən sonra 30 gün ərzində müqavilə bağlanmadıqda, bu hal komissiyanın qərarının ləğvi üçün əsasdır.

Müqavilə bağlandıqdan sonra Agentlik tərəfinfən təqdim edilmiş ərizələrin təhlili, bağlanılmış müqavilələrin icrası, illik ümumi büdcə, çəkilmiş xərclərin tərkibi və məbləği, çəkilmiş filmlərin yayımlanması mütəmadi monitorinq edilir və təkmilləşdirmə üçün illik qaydada müvafiq təkliflər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunur.

Beləliklə, bildiyimiz kimi film industriyasının ən böyük çətinliklərindən biri  maliyyələşmədir. Hazırkı Qaydalar həmin çətinliklərin aradan qaldırılmasına yönəlmiş və kino incəsənətinin inkişafına töhfə verməlidir.

Qaydaların tam mətni ilə linkə keçid edərək tanış ola bilərsiniz.

 

II.  Azərbaycan Respublikasının Mülki Məcəlləsi vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalara dəyişiklik və əlavələr.

İlkin olaraq, mirasın qəbulu anlayışı ləğv edilmiş yalnız mirasdan imitina anlayışı verilmişdir. Buna müvafiq olaraq mirasın qəbul vaxtını tənzimləyən normalar da ləğv edilmişdir. Mirasdan imtina üçün isə 3 aylıq müddət verilmişdir.

Artıq vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında ədlə edirlər. Lakin vərəsə mirası faktiki olaraq qəbul etdiyi halda, mirasdan 3 ay ərzində imntina edə bilər.

Həmçinin qeyd olunmalıdır ki, vərəsə mirasın siyahıya alınması üçün notariusa müraciət etdikdə, notarius tərəfindən siyahı verilənədək və ya siyahının verilməsindən imtina verilənədək mirasdan imtina müddəti dayandırılır. Notarius tərəfindən siyahı 2 ay müddətində verilir.

Vərəsəliyə çağrılmış vərəsə özünün əmlak bölgüsü haqqında razılaşmaya digər vərəsələrə məlumat verməzsə, həmin vərəsələr yerində olmayan vərəsənin payını ayırmalıdılar. Əvvəlki redaksiyada “ayırmalıdılar” ifadəsi əvəzinə “bilər” ifadəsi istifadə edilirdi. Burada “bilər” ifadəsi iştirak etməyən vərəsənin payını ayırmaq məsələsini digər vərəsələrin hüququ kimi müəyyən edirdi. Yəni digər vərəsələr iştirak etməyən vərəsənin payını ayırmaya da bilərdi. Hazırki dəyişikliklə qanunvericiliklə vərəsələrin üzərinə iştirak etməyən vərəsənin payını ayırmaq öhdəliyi birbaşa qoyulmuşdur.

Dəyişikliklərlə həmçinin mirasın irsi transmissiya qaydasında qəbulu tənzimlənmişdir.

Belə ki, vərəsə miras açıldıqdan sonra ölərsə, onun payı öz vərəsələrinə keçir. Vərəsə ölərsə və mirasdan imtina etməzsə, onun vərəsələri vərəsəlik şəhadətnaməsi ala bilər.

Vərəsəlik şəhadətnaməsinə münasibətdə dəyişiklik edilmişdir. Həmin dəyişikliyiə əsasən vərəsə vərəsəlik şəhadətnaməsi üçün notariusa müraciət etməsə belə, notarius həmin şəhadətnamədə vərəsəyə çatacaq payı müəyyən etməklə müraciət etməyən vərəsənin adını şəhadətnamədə göstərir.

Mülki Məcəlləyə edilmiş dəyişikliklərə uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında müvafiq dəyişikliklər edilmişdir.

Dəyişikliklərin tam mətni ilə linkdən keçid edərək tanış ola bilərsiniz.

 

III.  Əmək Məcəlləsinə edilmiş dəyişikliklər.

Dəyişikliklərə əsasən əczaçılıq və tibb işçilərinin sertifikasiyası zamanı onlara ixtisaslarına aid olmayan suallar vermək həmçinin onların siyasi baxışlarına və dini etiqadlarına əsasən qiymətləndirilməsi yolverilməzdir.

Əlavə olaraq tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur.

Sertifikasiyanı keçməyən işçilər üçün təkrar sertifikasiya keçənə qədər altı ay müddətində iş yeri və maaşı saxlanılılmaqla peşə hazırlığı keçməklə təkrar sertifikasiya imtahanından keçmək üçün müraciət etmə imkanı yaradılmışdır.

Əmək Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir.

      Dəyişikliklərin tam mətni ilə linkdən keçid edərək tanış ola bilərsiniz.

 

IV. Maliyyə Monitorinqi Xidmətinin”Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi (“Sistem”) haqqında əsasnaməsinin təsdiq edilməsi.

Sistem Maliyyə Monitroinqi Xidməti (MMX) ilə dövlət orqanları (qurumları), digər hüquqi və fiziki şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını həmçinin Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

Beləliklə, Əsasnaməyə əsasən Sistem sahibi – MMX-dır, İştirakçılar – dövlət və cinayət təqibi orqanlarıdır, İstifadəçilər – nəzarət orqanları, öhdəlik daşşıyan və auditor xidməti göstərən şəxslərdir.

Sistemdə yaradılan, əldə edilən və toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir. Fərdi məlumatların toplanılması Azərbaycan Respublikaısnın “Fərdi Məlumatlar” haqqında Qanuna uyğun olaraq həyata keçirilir.

Əsasnamə ilə sistemi texniki-texnoloji infrastrukturu müəyyən edilmişdir. Əsasnamənin 2.1-ci bəndinə əsasən Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

2.1.2. telekommunikasiya qurğuları və kanalları;

2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;

2.1.4. ehtiyat nüsxələr;

2.1.5. istismara qədərki formalaşma mühiti.

Həmçinin sistemə daxil edilən və ötürülən məlumatların qaydası, sistemdən istifadə qaydası müəyyən edilmişdir.

İstifadə qaydaları ilə yanaşı Sahibin, Operatorun, İştirakçıların və İstifadəçilərin hüquq və vəzifələri müəyyən edilmişdir.

Əsasnamənin tam mətni ilə linkdən keçid edərək tanış ola bilərsiniz.

 

Məqaləni tərtib etdi:

İslamova Təhminə