Bizimlə əlaqə
Geri
Şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər

Şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər

  1. Giriş.

Hüquqi şəxs təsis edildikdən sonra onun fəaliyyəti nəticəsində qeydiyyat məlumatlarında müxtəlif dəyişikliklərin meydana çıxması mümkündür. Bu dəyişikliklər qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatında əks olunmalı və müvafiq dövlət orqanlarına təqdim edilməlidir.

  1. Qeydiyyata alınmalı dəyişikliklər.

Bunların sırasına daxildir:

  • Direktor dəyişikliyi
  • Ünvan dəyişikliyi
  • Nizamnamə kapitalının artırılması
  • Nizamnamə kapitalının azaldılması.
  1. Dəyişikliklərin qeydiyyata alınması üçün müraciət qaydası.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliklər müraciət edildikdən sonra 5 iş günü müddətində qeydiyyata alınır.  

Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 20-1.1-ci maddəsinə əsasən dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.

  1. Məsuliyyət.

Qeyd olunmalıdır ki, dəyişiklik barədə vaxtında məlumat verməmək İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə məsuliyyət yaradır.

Belə ki, həmin maddəyə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə -

vəzifəli şəxslər - 1000-2000 manat məbləğdə,

hüquqi şəxslər -  2500-3000 manat məbləğdə cərimə edilir.

  1. Nəticə.

Hüquqi şəxsin qeydiyyat məlumatlarında dəyişikliklərin vaxtında və düzgün şəkildə dövlət reyestrində əks olunması həm qanuni tələblərin yerinə yetirilməsi, həm də şirkətinizin etibarlılığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Biz, İronvvood Consulting olaraq, direktor və ünvan dəyişikliyindən tutmuş nizamnamə kapitalında dəyişikliklərə qədər bütün proseslərin qanunvericiliyə uyğun şəkildə aparılmasını təmin edir və bu sahədə hüquqi şəxslərə dəstək olmağa həmişə hazırıq.