Müvəqqəti Yaşayış İcazəsi üçün tələblər
Dünyada baş verən dəyişikliklər dövlətlər arasında iqtisadi, ticarət və diplomatik əlaqələri genişləndirir. Bu proses Azərbaycana da təsir edir və ölkəyə gələn xarici vətəndaşların sayı artır. Lakin miqrasiya müəyyən hüquqi qaydalarla tənzimləndiyi üçün bu tələblərə düzgün əməl olunmadıqda müxtəlif çətinliklərlə üzləşmək mümkündür. Hazırkı məqalədə Müvəqqəti Yaşayış İcazəsinin alınma qaydasının icmalı veriləcəkdir.
Tənzimləyən qanunvericlik və müvafiq icra hakimiyyəti orqanı.
Əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Müvəqqəti Yaşayış İcazəsinin (MYİ) verilməsi əsasları Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilir. MYİ-nin verilməsi proseduru isə Nazirlər Kabinetinin müvafiq qərarları və Dövlət Miqrasiya Xidmətinin inzibati reqlamenti ilə tənzimlənir.
Müvəqqəti Yaşayış İcazəsini verən səlahiyyətli orqan Dövlət Miqrasiya Xidmətidir. Müraciətlər həmçinin ASAN Xidmət mərkəzləri vasitəsilə də qəbul olunur (1 saylı Gəncə regional ASAN Xidmət istisna olmaqla).
MYİ-nin alınması üçün ödənilən dövlət rüsumlarının məbləği isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir.
- MYİ-nin verilmə əsasları.
Miqrasiya Məcəlləsinin 45.1-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbi vətəndaşlara və ya vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşayış icazəsi verilir:
-
-
Azərbaycan vətəndaşı ilə yaxın qohum olmaq;
-
500.000 manat və daha çox investisiya qoymaq;
-
100.000 manatlıq daşınmaz əmlakın olması;
-
Azərbaycan bankında 100.000 manat depozitə sahib olmaq;
-
100.000 manatlıq dövlət qiymətli kağızları və ya dövlətə məxsus şirkətlərin investisiya kağızlarına sahib olmaq;
-
Yüksək ixtisaslı mütəxəssis olmaq;
-
Yüksəkixtisaslı miqrant və ya xüsusi kateqoriya mütəxəssis olmaq;
-
Azərbaycanda yaşayan digər əcnəbilərin ailə üzvü olmaq;
-
Xarici şirkətin Azərbaycandakı filial və ya nümayəndəliyinin rəhbəri və ya müavini olmaq;
-
Azərbaycanda yaradılmış şirkətdə rəhbər və ya 51% pay sahibi olmaq;
-
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
-
Qanundakı xüsusi sahibkarlıq və iqtisadi fəaliyyət əsaslarına uyğun olmaq (64-cü maddə üzrə)
-
Rəsmi iş icazəsi əldə edib Azərbaycanda işləmək;
-
Azərbaycanda əyani təhsil almaq (ali, orta ixtisas, peşə və ümumi təhsil);
-
Dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olmaq;
-
İnsan alverindən zərərçəkmiş şəxs olmaq;
-
Cinayət təqibi orqanlarına yardım göstərmək;
-
Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulan hallar
-
- Müraciət qaydası və müraciətə baxılması
Daha əvvəl qeyd olunduğu kimi MYİ-nin alınması üçün Dövlət Miqrasiya Xidmətinə və ya ASAN Xidmət Mərkəzlərinə müvafiq sənədlərlə müraciət edilməlidir.
Miqrasiya Məcəlləsinin 46-cı maddəsinə əsasən MYİ-nin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
-
Ərizə-anket;
-
Pasportun surəti (etibarlılıq müddəti icazənin bitmə tarixindən azı 3 ay artıq olmalıdır);
-
Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti (18 yaşdan aşağı, pasportsuz şəxslər üçün);
-
Müvəqqəti yaşama əsasını təsdiq edən sənəd (notarial və ya bərabər qaydada təsdiqlənmiş);
-
Ailə üzvü və ya yaxın qohumun notarial razılıq ərizəsi;
-
Təhlükəli yoluxucu xəstəliklər üzrə sağlamlıq arayışı;
-
Müvəqqəti olma və ya yaşama hüququnu təsdiq edən sənədin surəti;
-
Yüksək ixtisaslı mütəxəssislər üçün dəvət edən təşkilatın əsaslandırılmış vəsatəti;
-
3,5 × 4,5 sm ölçüdə 2 ədəd fotoşəkil;
-
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (çıxarış, order, icarə müqaviləsi və s.);
-
Yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin həmin mənzilin sahibi olmadığı hallarda);
-
Yaşayış sahəsi verən şəxsin şəxsiyyət sənədi surəti (yalnız mülkiyyətçinin mənzil verdiyi hallarda);
-
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
MYİ-nin verilməsinə dair müraciətə ödənilən dövlət rüsumuna müvafiq olaraq 15 və ya 20 iş günü ərzində baxılır.
Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 14.8-ci və 14.8.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
15 iş günü müddətində
|
Müddət |
Yetkinlik yaşına çatmış şəxslər |
Yetkinlik yaşına çatmamış şəxslər |
|
3 ayadək |
40 manat |
25 manat |
|
6 ayadək |
80 manat |
50 manat |
|
1 ilədək |
160 manat |
100 manat |
|
1 il 6 ayadək |
240 manat |
150 manat |
|
2 ilədək |
320 manat |
200 manat |
|
2 il 6 ayadək |
400 manat |
250 manat |
|
3 ilədək |
480 manat |
300 manat |
20 iş günü müddətində
|
Müddət |
Yetkinlik yaşına çatmış şəxslər |
Yetkinlik yaşına çatmamış şəxslər |
|
3 ayadək |
30 manat |
15 manat |
|
6 ayadək |
60 manat |
30 manat |
|
1 ilədək |
120 manat |
60 manat |
|
1 il 6 ayadək |
180 manat |
90 manat |
|
2 ilədək |
240 manat |
120 manat |
|
2 il 6 ayadək |
300 manat |
150 manat |
|
3 ilədək |
360 manat |
180 manat |
Təhsilalanlar üçün müvəqqəti yaşayış icazəsinin verilməsi üçün rüsumlar
|
Verilmə müddəti |
Müddət |
Rüsum |
|
20 iş günü |
1 illik |
40 manat |
|
20 iş günü |
2 illik (MYİ-nin müddəti uzadıldıqda) |
80 manat |
|
15 iş günü |
1 illik |
60 manat |
|
15 iş günü |
2 illik (MYİ-nin müddəti uzadıldıqda) |
120 manat |
|
Yenidən verilməsi |
|
20 manat |
- Məsuliyyət
Sənədlərin itirilməsi və ya qəsdən korlanmasına görə həmçinin ölkə ərazisində olma və qeydiyyatsız yaşamağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsi ilə məsuliyyət nəzərdə tutulmuşdur.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat cərimə edilir.
Həmin Məcəllənin 575-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.
- Nəticə
Göründüyünüz kimi, müvəqqəti yaşayış icazəsinin əldə edilməsi kifayət qədər geniş və detallı sənədlər toplusunun təqdim olunmasını tələb edir. Hər bir sənədin alınması üçün müvafiq dövlət qurumlarına ayrıca müraciət edilməli, bütün tələblər dəqiq şəkildə yerinə yetirilməlidir. MYİ-nin verilməsi üçün nəzərdə tutulan əsasların hər biri özünəməxsus hüquqi xüsusiyyətlərə və prosedur tələblərinə malikdir. Bu səbəbdən məqalədə qeyd olunan sənədlər ümumi xarakter daşıyır və müvafiq müraciət əsası üzrə siyahı dəyişə bilər.Müvəqqəti yaşayış icazəsinin alınmaması isə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma kimi ciddi nəticələrə səbəb ola bilər.
Buna görə də, Ironwood Consulting olaraq, Azərbaycan Respublikasında qalmağınız üçün bütün hüquqi prosedurların düzgün icra edilməsinə peşəkar dəstək göstərməyə hazırıq.