Filialın qeydiyyat məlumatlarında dəyişiklik
Əvvəlki məqaləmizdə filial qeydiyyatı barədə bəhs etmişdik. Hazırkı məqaləmizdə isə filialın və nümayəndiliyin qeydiyyat məlumatlarında dəyişiklik barədə bəhs ediləcəkdir.
-
Tənzimləyən qanunvericlik. Səlahiyyətli orqan.
Filialın və ya nümayəndəliyin qeydiyyat məlumatlarında dəyişiklik aşağıdakı qanunvericilik aktları ilə tənzimlənir:
-
- Mülki Məcəllə
-
-“Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanun
Filialın və ya nümayəndəliyin qeydiyyat məlumatlarıında dəyişikliyi həyata keçirən orqan Dövlət Vergi Xidmətidir. Məlumat dəyişikliyi müraciət edildiyi gündən 5 iş günü müddətində həyata keçirilir.
Qeydiyyat məlumatlarında dəyişikliyə görə dözlət rüsumu ödənilmir.
-
Qeydiyyat məlumatlarında dəyişiklik prosesi.
İlkin olaraq qeyd olunmalıdır ki, filialın və ya nümayəndəliyin qeydiyyat məlumatları dedikdə dövlət reyestrində əks olunan əsas məlumatlar nəzərdə tutulur. Bu məlumatlara, xüsusilə, aşağıdakılar daxildir:
-
- Filialı və ya nümayəndəliyiyaradan xarici hüquqi şəxsin adı;
-
- Filialın və ya nümayəndəliyin ünvanı;
-
- Filialın və ya nümayəndəliyin rəhbəri haqqında məlumatlar;
-
- Qanunvericiliklə nəzərdə tutulmuş digər qeydiyyat məlumatları.
Xarici hüquqi şəxsin və ya onun Azərbaycan Respublikasındakı filialının və yanümayəndəliyinin dövlət reyestrində əks olunan qeydiyyat məlumatlarında dəyişiklik baş verdikdə, həmin dəyişikliklərin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq qaydada müraciət edilməlidir.
Belə dəyişikliklərə, məsələn, filialı və ya nümayəndəliyi yaradan xarici hüquqi şəxsin adının, habelə filialın və ya nümayəndəliyin rəhbəri, filialın və ya nümayəndəliyin hüquqi ünvanının və digər qeydiyyat məlumatlarının dəyişdirilməsi aid edilə bilər.
Məsələn, filialı və ya nümayəndəliyi yaradan xarici hüquqi şəxsin adı dəyişdirildikdə, bu dəyişiklik filialın və ya nümayəndəliyin qeydiyyat məlumatlarında da əks etdirilməli və dövlət reyestrinə müvafiq dəyişikliklərin daxil edilməsi üçün müraciət olunmalıdır.
Qeydiyyat məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişiklik tarixindən etibarən 15 iş günü müddətində Dövlət Vergi Xidmətinə müraciət olunmalıdır.
Müraciətə aşağıdakı sənədlər əlavə olunur:
-
- ərizə;
-
- dəyişikliklərin təsdiq edilməsi barədə qərar;
-
- filialın və ya nümayəndəliyin əsasnaməsinin yeni redaksiyası və ya əsasnaməyə edilən dəyişikliklər;
-
- dəyişiklikdən asılı olaraq qanunvericiliklə tələb olunan digər sənədlər.
-
Məsuliyyət. Cərimə
İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün 15 iş günü ərzində Dövlət Vergi Xidmətinə müraciət olunmamasına görə:
- vəzifəli şəxslər 1000-2000 manat məbləğdə,
- hüquqi şəxslər 2500-3000 manat məbləğdə cərimə edilir.
-
Nəticə.
Göründüyüz kimi, filialın və ya nümayəndəliyin qeydiyyat məlumatlarında dəyişikliklərin rəsmiləşdirilməsi bir sıra korporativ sənədlərin hazırlanmasını, lazımi sənədlərin toplanmasını və qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etməklə qeydiyyat orqanına müraciət edilməsini tələb edir.
"Ironwood Consulting" olaraq, xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin Azərbaycanda qeydiyyatından başlayaraq, qeydiyyat məlumatlarında dəyişikliklərin rəsmiləşdirilməsi də daxil olmaqla bütün mühüm korporativ-hüquqi prosedurlar üzrə peşəkar hüquqi dəstək göstərməyə hazırıq.